BAKI, 24 aprel. TELEQRAF

NATO Cənubi Qafqazda dəyişən təhlükəsizlik mühiti fonunda təsirlənən üç tərəfdaş ölkənin ərazi bütövlüyü, siyasi müstəqilliyi və suverenliyinə dəstəyini bir daha təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun 2024-cü il üzrə yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, hərbi alyans Ermənistan və Azərbaycanı konstruktiv şəkildə danışıqlara başlamağa və qarşılıqlı qəbul edilə bilən, davamlı sülh razılaşmasına nail olmağa təşviq edir.

"Stabillik və təhlükəsizlik yalnız qarşılıqlı anlayış və əməkdaşlıq sayəsində mümkündür", - məlumatda bildirilib.