FÜZULİ, 15 may. TELEQRAF
Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Cəfərov Əbdülrəhmanlı kəndində dəfn olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 10993-cü ilin iyul ayında itkin düşmüş şəhid Rafiq Şirvan oğlu Cəfərov Füzuli rayonunun Əbdülrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı şəhidin məzarı üzərində yaylım atəşi açılıb.
Qeyd edək ki, Rafiq Cəfərovun şəxsiyyəti aparılan ekspertiza nəticəsində müəyyən edilib və nəşi uzun illər sonra ailəsinə təhvil verilib.
***
12:38
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhidin nəşi Füzuli rayonunun Əbdülrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Aparılan müvafiq ekspertiza nəticəsində onun şəxsiyyəti müəyyən edilib.