AĞCABƏDİ, 15 may. TELEQRAF
Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.
Rayonun Boyat kənd sakini Əliyev Hafiz Qaraxan oğlunun idarə etdiyi VAZ-2107 markalı minik maşını 2012-ci il təvəllüdlü piyada İbrahimov Röyal Hürbət oğlunu vurub.
14 yaşlı R.İbrahimov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.