QAZAX, 13 may. TELEQRAF

Qazaxda fərdi yaşayış evində partlayış olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə evin hamam otağında qeydə alınıb.

Hadisədə xəsarət alan Sədaqət Əliyeva Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 12 may 2026-cü il tarixində saat 19:30 radələrində 1 nəfər (qadın) xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.