TOVUZ, 12 may. TELEQRAF

Tovuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslər evə buraxılıb.

Bu barədə Teleqraf-ın Qərb bürosuna Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 12 may 2026-cı il tarixində saat 03:00 radələrində 5 nəfər (4 kişi, 1 qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müştərək travmalar diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

10:00

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər xəsarət alıb. Bunlar 2001-ci il təvəllüdlü Vüsal Babayev (2001), Rəvan Həsənov (2004), Amil Mustafayev (2002) və P. Qasımovadır.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.