BAKI, 10 may. TELEQRAF

Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu gün saat 07:20 radələrindən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.

***

10:09

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 22 nəfər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bir yaralının durumu ağır olaraq qiymətləndirilir.

***

8:08

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, idarəetməni itirən avtobus aşıb, 20-dən çox şəxs yaralanıb.

Xəsarət alan sərnişinlər xəstəxanaya aparılıb.

İlkin məlumata görə, qəzaya düşən avtobus fəhlələri işə aparırmış. Faktla bağlı araşdırma aparılır.