ASTARA, 7 aprel. TELEQRAF

Astaranın Şahağacı kəndində yaşayan 7 yaşlı Səid Fərzəlizadə qeyri-adi yaddaşı və coğrafiyaya olan böyük marağı ilə diqqət çəkir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hələ 1-ci sinif şagirdi olmasına baxmayaraq, o, dünyanın 190-dan çox ölkəsinin paytaxtlarını, bayraqlarını, dövlət dillərini, həmçinin materik və okeanlarla bağlı məlumatları əzbər bilir.

Vaxtilə dil açmasında çətinlik yaşayan və uzun müddət danışa bilməyən Səid mütəxəssislərin dəstəyi ilə bu problemi geridə qoyub.

İndi o, təkcə coğrafiyaya deyil, riyaziyyata və digər fənlərə də böyük maraq göstərir. Ailəsi onun gələcəkdə seçəcəyi hər sahədə yanında olacaqlarını bildirir.