BİLƏSUVAR, 3 may. TELEQRAF
Biləsuvar rayonunun Bağbanlar kəndində 56 yaşlı bıçaq xəsarəti alıb.
Teleqraf xəbər verir ki, ilkin məlumata görə, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Ağayev Balahəsən Ağahüseyn oğlu bıçaq xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya dərhal tibbi yardım göstərilib, hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir.
İlkin ehtimala görə, yüksək təzyiqli olan B.Ağayev iş görərkən xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaq tədbirlərindən sonra məlum olacaq.