XOCAVƏND, 30 aprel. TELEQRAF
Xocavənd rayonunun Xocavənd kəndinə köç edən ailələr mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün doğma yurdlarına köçürülən 32 ailəyə mənzillərin açarları təqdim ediləcək.



***
12:05
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, növbəti köç karvanında Xocavənd rayonunun Xocavənd kəndinə 32 ailədən ibarət 135 nəfər Füzuli rayonunun Alıxanlı keçid postundan yola salınıb.
Xocavənd kəndinə köçənlər bu günə qədər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.