XOCALI, 29 aprel. TELEQRAF
Xocalı rayonunun kəndlərinə yola salınan ailələr mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında yola salınan köç Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə, Xanyurdu kəndlərinə çatıb.
Çatan ailələrə mənzillərin açarları təqdim edilib.
***
12:42
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocalının Badara kəndinə 59 nəfər olmaqla 16 ailənin, Xanabad kəndinə 46 nəfər olmaqla 10 ailənin , Təzəbinə kəndinə 15 nəfər olmaqla 3 ailənin, Xanyurdu kəndinə isə 25 nəfər olmaqla 4 ailənin qayıdışı baş tutub.
Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 ailənin (404 nəfər), Xanabada 98 ailənin (438 nəfər), Təzəbinəyə 163 ailənin (737 nəfər), Xanyurduna 137 ailənin (505 nəfər) daimi qayıdışı təmin edilib.