GORANBOY, 29 aprel. TELEQRAF

Goranboyda 22 yaşlı oğlanın meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü kənd sakini Tofiq Məmmədovun yaşadığı evdə meyiti aşkarlanıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.