YEVLAX, 29 aprel. TELEQRAF
Yevlax rayonunun Kövər kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu müxbiri xəbər verir ki, 1967-ci il təvəllüdlü Həsənov Şakir Şəmil oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 2016-cı il təvəllüdlü Əliyeva Südabə Amil qızı hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.