AĞSTAFA, 27 aprel. TELEQRAF
Ağstafa rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Aşağı Kəsəmən kənd sakini 2010-cu il təvəllüdlü Nəsir Hüseynov yaşadığı evin həyətində elektrik naqilinin açıq hissəsinə toxunan zaman cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.