BAKI, 27 aprel. TELEQRAF
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətli ilə nəticələnmiş hadisənin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə toydan bir gün əvvəlki axşam ("ciyər axşamı"nda) baş verib.
Toy sahibi qətlə yetirilmiş Şaiq Mamedov və Həsən Mamedovun əmisi oğludur.
Mübahisənin söyüş üstündə baş verdiyi bildirilir.
Öldürüləndən biri - Şaiq Məmmədov ANAMA əməkdaşı imiş.
***
12:15
Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf-a Ağcabədi rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedov və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
***
11:40
AĞCABƏDİ, 27 aprel. TELEQRAF
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfəri qətlə yetirən şəxs həbs olunub.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
***
11:22
Ağcabədidə 2 nəfər qətlə yetirilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib.
İlkin məlumata görə, kənd sakinləri arasında mübahisə qətllə nəticələnib.
Qətlə yetirilən kənd sakinlər 1996-cı il təvəllüdlü Məmmədov Şaiq Teymurxan oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Həsən Teymurxan oğludur.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

