GORANBOY, 26 aprel. TELEQRAF

Goranboy rayon sakini 34 yaşlı P. Əsgərova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı rayon sakini Muraz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, faktla bağlı araşdırma davam etdirilir.

***

20:51

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Pərvin Əsgərov bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

1999-cı il təvəllüdlü Muraz Nəcəfov hadisəni törətməkdə şübhəli bilinir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.