GORANBOY, 26 aprel. TELEQRAF

Goranboy rayonunda azyaşlını elektrik cərəyanı vuraraq öldürüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərinin dəmiryol vağzalında baş verib.

İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanov elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.