MİNGƏÇEVİR, 20 aprel. TELEQRAF
Mingəçevirdə 27 yaşlı gəncin yaşadığı mənzildə meyiti tapılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə "Kür" mehmanxanasının köhnə binasında qeydə alınıb.
Burada köçkün olaraq müvəqqəti məskunlaşmış 1999-cu il təvəllüdlü Murad Şirinovun meyiti aşkar edilib.
İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.