CƏLİLABAD, 16 aprel. TELEQRAF

Cəlilabad rayonunun ucqar dağlıq ərazisində yolların bərbad vəziyyəti sakinlərin həyatını ciddi şəkildə çətinləşdirib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Axtaxana kəndinə gedən əsas yol, eləcə də kənddaxili yollar uzun illərdir bərbad durumdadır.

Sakinlərin sözlərinə görə, xüsusilə payız və qış aylarında yolların palçıq olması səbəbindən avtomobillə hərəkət demək olar ki, mümkünsüz olur.

Yalnız havaların quraq keçdiyi dövrlərdə bu yoldan istifadə etmək mümkün olur.

Mövcud vəziyyət kənd əhalisinin tədricən ərazini tərk edərək başqa yerlərə köçməsinə səbəb olub.

Qeyd edək ki, Axtaxana kəndi rayonun ucqar dağlıq ərazisində yerləşməklə yanaşı, meşə massivindədir. Hazırda kənddə 36 ev var.