ŞUŞA, 15 aprel. TELEQRAF
Şuşada Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclası keçirilib
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, iclasın sonunda Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasının yekunlarına dair protokolu təsdiqlənib.
Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, elm, təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik, turizm, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
Tərəflər Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının gələn il Riqada keçirilməsi barədə razılığa gəliblər.