ŞUŞA, 15 aprel. TELEQRAF

Şuşa şəhərində Azərbaycan ilə Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, iclas çərçivəsində iki ölkə arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətləri müzakirə edilir.

Görüşdə nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, həmçinin qarşılıqlı investisiyaların təşviqi məsələlərinə xüsusi diqqət yetirilir.

Tərəflər əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanları nəzərdən keçirirlər.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasları Azərbaycan ilə Latviya arasında münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayır.