GƏNCƏ, 13 aprel. TELEQRAF
Gəncədə 6 il əvvəl qətlə yetirilmiş 70 yaşlı kişinin meyit qalıqları tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, meyitinin qalıqları aşkarlanan 1956-cı il təvəllüdlü Əli Mahmudov 2020-ci ildən axtarışda olub.
Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları hadisə yerində araşdırma aparır.