AĞDAM, 11 aprel. TELEQRAF

Ağdamın Eyvazxanbəyli kəndində 36 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, işğaldan azad edilmiş Ağdam şəhərində tikintidə işləyən 1990-cı il təvəllüdlü Babayev İlkin Mahir oğlu ölüb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanıb.