BƏRDƏ, 10 aprel. TELEQRAF

Bərdədə 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə şəhərindəki Səməd Vurğun küçəsində baş verib.

Şəhər sakini olan Salahov Babək Rafel oğluna məxsus 5 otaqlı evdə baş verən yanğın zamanı ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərək yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.