MİNGƏÇEVİR, 9 aprel. TELEQRAF
Son bir həftə ərzində Mingəçevir su anbarında suyun səviyyəsi 30 santimetr artıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, su anbarında suyun səviyyəsi 79 metr 92 santimetr həddinə çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 metr yüksəkdir.
Anbarda su səviyyəsinin stabil saxlanılması məqsədilə Kür çayına buraxılan suyun həcmi də tələblərə uyğun şəkildə artırılıb.
Bununla belə, Kür çayının səviyyə həddində gündəlik 2-3 santimetrlik dəyişiklik istisna olmaqla ciddi yüksəliş müşahidə olunmur.
Yalnız Mingəçevir su anbarına tökülən Qanıx çayında son sutka ərzində su ötürücülük imkanları 4 kubmetr artaraq saniyədə 200 kubmetr təşkil edib.