GƏNCƏ, 9 aprel. TELEQRAF
Gəncədə "BakuBus" şirkətinə məxsus 13 saylı marşrut xətti üzrə sərnişin daşıyan sürücü piyadanı vurub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Mizə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Zənurə Quliyeva aldığı xəsarətlərdən yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.