XOCAVƏND, 7 aprel. TELEQRAF
Xocavənd şəhərinə köçürülən ailələr mənzillərin açarlarını alıblar.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xocavənd şəhərinə çatan çatan 33 ailəyə sahib olduqları mənzillərin açarları təqdim edilib.
***
12:55
Xocavənd şəhərinə yola salınan köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, onlara sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif ərazilərində yataqxana, inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir
***
11:35
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Xocavənd şəhərinə növbəti köç karvanında 33 ailədə 142 nəfərin qayıdışı təmin edilib.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla Xocavəndə 234 ailə (904 nəfər) qayıdıb.