GƏNCƏ, 6 aprel. TELEQRAF

Gəncədə binanın dam örtüyünün təmiri zamanı ölüm faktının bəzi təfərrüatları detalları bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. Vəfat edən şəxs 1974-cü il təvəllüdlü Hafiz İsmayılov Şəmkir rayon sakinidir. Həmin ünvanda usta kimi fəaliyyət göstərib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

***

16:47

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1973-cü il təvəllüdlü Hafiz İsmayılov fərdi evinin dam örtüyünü düzəldən zaman yıxılıb, hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.