GƏNCƏ, 6 aprel. TELEQRAF
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Pərviz Səmədov küçəsində baş verib.
Yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü R.Şükürovanı maşın vurub.
Yaralı xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma başlanılıb.