BEYLƏQAN, 6 aprel. TELEQRAF
Beyləqan rayonunda yol qəzası baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Zamiq Eminovun idarə etdiyi "Hyundai" markalı avtomobil hərəkətdə olarkən Orxan Əhmədovun "Daewoo" markalı avtomobili ilə toqquşub.
Qəza zamanı dörd nəfər xəsarət alıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 5 aprel 2026-ci il tarixində saat 09:00 radələrində Ağcabədi rayon Avşar kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 4 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.