MİNGƏÇEVİR, 3 aprel. TELEQRAF
Mingəçevirdə evdə qadın meyiti aşkarlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Hüseynov küçəsində yerləşən və keçmiş məcburi köçkünlərin məskunlaşdığı yarımçıq mehmanxaa binasında baş verib.
Əslən Ağdam rayon sakini olan 1964-cü il təvəllüdlü Şükufə Aslanova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Bir qız anası olan qadın müəssisələrin birində xadimə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.