QAZAX, 3 aprel. TELEQRAF
Dünən axşam saatlarında Qazax rayonunda müşahidə olunan küləkli hava şəraiti Daş Salahlı kəndində məktəb binasına ziyan vurub.
Bu barədə Teleqraf-ın Qərb bürosuna məktəbdən məlumat verilib.
Bildirilir ki, Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı aşınaraq qopub.
Təhsil ocağına giriş müvəqqəti bağlanıb və alternativ imkanlardann istifadə olunur.
Tədris prosesi isə dayanmayıb.
