XOCAVƏND, 31 mart. TELEQRAF
Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 64 ailə olmaqla 253 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
13:13
Növbəti köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında yola salınan 64 ailə Xocavənd şəhərinə çatıb.
Onlara mənzillərin açarları təqdim ediləcək.


.jpg)
***
12:17
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Qayıdış Proqramına uyğun olaraq bu mərhələdə köç karvanında Xocavənd şəhərinə 64 ailə olmaqla, ümumilikdə 253 nəfər yola salınıb.
Köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər. Onlar İlham Əliyev-ə və Birinci vitse-prezident Mehriban Əliyeva-ya təşəkkür ediblər.
Sakinlər, həmçinin torpaqların işğaldan azad olunmasında göstərdikləri şücaətə görə Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyiblər.