İSMAYILLI, 31 mart. TELEQRAF

İsmayıllıda yol qəzası baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə bu gün səhərə yaxın Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qızı hadisə yerində həyatını itrib.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.