TƏRTƏR, 25 mart. TELEQRAF

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində iki qardaş - 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev həyatını itiriblər.

Qəzada 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.