TOVUZ, 24 mart. TELEQRAF

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Röyal Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb. Zərbənin təsirindən sürücü qəza yerindən bir neçə metr kənara düşüb. O, hadisə yerində vəfat edib.

Qovlar qəsəbə sakini olan Röyal Həsənov taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.