AĞSTAFA, 24 mart. TELEQRAF
Ağstafada sərnişin daşıyan mikroavtobus qəzaya düşüb. Hadisə Bakı-Qazax magistral yolunun Ağstafadan keçən hissəsində baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "Mercedes Vita" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub.
Qəzada iki nəfər xəsarət alıb. Həmin şəxslər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.