AĞCABƏDİ, 23 mart. TELEQRAF

Bu gün saat 14:20 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan Teleqraf-a verilən məlumata görə, ona kəllə-beyin travması, başın ara səthinin cırılmış yarası və sol bud sümüyünun sınığı diaqnozu təyin olunub.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

16:04

Ağcabədidə iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb, digərinin vəziyyəti ağırdır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Hindarx qəsəbəsi ərazində baş verib.

Qəsəbə sakini 1987-ci il təvəllüdlü Ələsgərov Şaiq Tofiq oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən 1996-cı il təvəllüdlü İsmayılov Bayram Zöhrab oğlunun "Hundai" markalı avtomobili ilə toqquşub.

Nəticədə "Mercedes"in sürücüsü Ş.Ələsgərov hadisə yerində ölüb, digər sürücü B.İsmayılov ağır xəsarətlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.