ASTARA, 5 mart. TELEQRAF

Axşam saatlarında "Astara" Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, İtaliyanın İrandakı səfiri və səfirliyin əməkdaşları Azərbaycan üzərindən təxliyə olunublar. Onların təhlükəsiz şəkildə sərhədi keçidi təmin edilib.

Məlumata görə, təxliyə olunan şəxslərdən 8-i diplomat, 2 nəfəri isə mülki vətəndaşdır.

Qeyd edək ki, regionda yaranmış gərgin vəziyyət fonunda bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsi mərhələli şəkildə davam etdirilir.

***

18:18

"Astara" sərhəd buraxılış məntəqəsindən təxliyə prosesi davam etdirilir.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, İtaliyanın İrandakı diplomatik nümayəndəliyinin 45 nəfərə yaxın əməkdaşı qrup halında sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi təhlükəsizlik tələblərinə uyğun təşkil edilib və hazırda prosedur mərhələli şəkildə davam etdirilir. Astara dövlət sərhədindən buraxılış məntəqəsində vəziyyət nəzarət altındadır.