BAKI, 8 aprel. TELEQRAF
ABŞ İranla atəşkəsin yalnız Hörmüz boğazının açılmasından sonra qüvvəyə minəcəyini hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, Ağ Ev rəsmisi atəşkəsin Tehranın Hörmüz boğazını açacağı təqdirdə qüvvəyə minəcəyini açıqlayıb.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın bu addımı atacağı halda mülki infrastruktur obyektlərinə mümkün zərbələrin iki həftəlik təxirə salınacağını bildirib.