BAKI, 6 aprel. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin hərəkətləri nəticəsində Yaxın Şərqin tamamilə yanacağını bəyan edib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin siyasəti regionu genişmiqyaslı münaqişəyə sürükləyir və bu, hər bir ailə üçün faciəvi nəticələr doğura bilər.
“Sizin düşünülməmiş addımlarınız ABŞ-ni hər bir ailə üçün əsl cəhənnəmə çevirir və bütün regionumuz yanacaq, çünki siz israrla Binyamin Netanyahunun göstərişlərini yerinə yetirirsiniz”, - deyə o, ABŞ administrasiyasına müraciətində bildirib.
Qalibaf əlavə edib ki, yeganə düzgün yol İran xalqının hüquqlarına hörmət göstərilməsi və təhlükəli oyuna son qoyulmasıdır.