BAKI, 14 aprel. TELEQRAF
Rusiya kəşfiyyat məlumatları və dronlarla İranı dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Xülasə, Avropa və Yaxın Şərqdəki böhranlar köhnə qaydaların rədd edilməsinin ən bariz əlamətidir. Rəqabət və məcburi güc siyasəti ilə xarakterizə olunan yeni bir dünya formalaşır. Öz təsir dairələrini yaratmağa çalışan bir neçə hərbi supergücün hakim olduğu bir dünya nizamı", - deyə o qeyd edib.