BAKI, 13 aprel. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici işlər naziri Hakan Fidan aprelin 13-də Rusiya xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb. Hər iki ölkənin nazirləri ilə Fars körfəzində müharibəyə son qoymaq səyləri müzakirə olunub.