GƏNCƏ, 14 aprel. TELEQRAF

Gəncədə 20 yaşlı oğlan kəsici-deşici alətlə xəsarət alıb.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, Cavadxan qəsəbə sakini Elman İsmayılov xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onun hansı şəraitdə və necə xəsarət alması hələlik məlum deyil.

Qeyd olunur ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.