BAKI, 4 aprel. TELEQRAF
İranın Hörmüz boğazında gəmiçiliyə uzun müddət nəzarət etmək imkanına malik olduğu iddia olunur.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, kanalın İranın təhlükəsizlik qurumlarındakı mənbəsinə əsasən, ölkə Hörmüz boğazı üzərində bir neçə il ərzində müstəqil şəkildə nəzarəti təmin edə bilər.
Qeyd olunur ki, bu iddia regionda artan gərginlik fonunda səsləndirilib. Rəsmi səviyyədə məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.