BAKI, 8 aprel. TELEQRAF
İranda ABŞ-nin atəşkəslə bağlı Tehranın irəli sürdüyü 10 şərti qəbul etdiyi iddia olunub.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, İran tərəfi ABŞ-nin bu şərtlərlə razılaşmağa “məcbur qaldığını” irəli sürür.
Bildirilir ki, şərtlər arasında qarşılıqlı hücum etməmək prinsipi, Hörmüz boğazı üzərində nəzarətin İranın əlində qalması, ölkə daxilində uranın zənginləşdirilməsi prosesinin davamı və əsas sanksiyaların ləğvi kimi məsələlər yer alır.
Eyni zamanda iddia olunur ki, ABŞ İranla bağlı kompensasiyaların ödənilməsi, regiondan bütün ABŞ qüvvələrinin çıxarılması və müxtəlif istiqamətlərdə hərbi əməliyyatların dayandırılması ilə də razılaşıb.