BAKI, 14 aprel. TELEQRAF

Fransa və Böyük Britaniya Hörmüz boğazındakı böhranın həll yollarını tapmaq üçün beynəlxalq konfrans təşkil edəcək.

Teleqraf xəbər verir ki, Prezident Emmanuel Makron konfransın yaxın günlərdə keçiriləcəyini açıqlayıb. Konfransın məqsədi Hörmüz boğazında gəmilərin hərəkət azadlığını bərpa etmək üçün çoxmillətli sülh missiyası yaratmaqdır.