BAKI, 2 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə xalqa müraciəti zamanı danışıb.
Onun sözlərinə görə, ABŞ yaxın həftələrdə İranı ciddi şəkildə zəiflətməyi planlaşdırır: “Biz rəqibə son dərəcə güclü zərbə endirəcəyik. İki-üç həftə ərzində onları tamamilə zəiflətmək niyyətindəyik”.
Qeyd edək ki, bu açıqlamadan bir neçə saat əvvəl ABŞ lideri Vaşinqtonun Tehranla razılıq əldə olunub-olunmamasından asılı olmayaraq hərbi əməliyyatı başa çatdıracağını bildirmişdi.