BAKI, 13 aprel. TELEQRAF
"Biz qanun və qaydaya inanırıq və Papa Leonun bununla bağlı problemi var".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Niyə üzr istəməliyəm? O, səhv edir. Mən üzr istəməyəcəyəm. Papa XIII Leo səhv şeylər deyib. Düşünürəm ki, Papa XIII Leo cinayətkarlığa qarşı mübarizədə çox zəifdir", - deyə o qeyd edib.
Özünü İsa Məsih kimi təsvir edən bir fotoşəkilin dərc olunmasına münasibət bildirən Tramp deyib: "Bəli, mən onu dərc etdim, həkim rolunu oynadığımı düşünürdüm".