BAKI, 30 mart. TELEQRAF

"İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik.