BAKI, 13 aprel. TELEQRAF
"Bəlkə İrandan sonra Kuba ilə münasibətlərimizi yoluna qoyacağıq".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"İrana qarşı blokada mövcuddur. Onlar ticarət etmirlər. Biz eyni ruhda davam edəcəyik. Hazırda heç bir hərbi əməliyyat aparılmır. Heç bir ölkənin bütün dünyanı şantaj etməsinə və ya pul qoparmasına icazə verə bilmərik. Onlar məhz bunu edirlər - onlar faktiki olaraq bütün dünyanı şantaj edirlər. Biz buna icazə verməyəcəyik", - deyə o qeyd edib.